GIS Academy tərəfindən göstərilən CİS xidmətləri coğrafi məlumatların vizuallaşdırılmasına, məkan əlaqələrinin təhlilinə və məlumatların səmərəli idarə edilməsinə imkan verir. Xəritələr yaratmaq üçün yüksək təcrübəli və ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilən yenilənmiş texnologiya, tədqiqat və innovasiyalardan istifadə edilir. Peşəkar CİS kurslarımızda siz məlumatların identifikasiyası və toplanması, verilənlər bazasının dizaynı, idarəetmə, analitik xəritələrinin hazırlanması və məkan analizi üsullarının birləşməsindən istifadə edərək peşəkar keyfiyyətli CİS portfelini yaradacaqsınız. Kurs iştirakçıları bütün lazımi təlim materialları ilə təmin olunurlar. Bütün kurslar GIS texnologiyalarının inkişafı və istifadəsi sahəsində təcrübəyə malik sertifikatlı təlimçilər tərəfindən həyata keçirilir. O cümlədən digər xidmətlərimizdən, layihələrin həyata keçirilməsi və layihələrə dəstək, müxtəlif CİS həllərinin verilməsi, elmi tədqiqat işlərinə dəstək, müxtəlif mövzularda tematik xəritə və atlasların hazırlanması, təlim və seminarlarımızdan faydalana bilərsiniz.
