Bu yazıda  əksər elmi  tədqiqat işlərində tez-tez müraciət etməli olduğumuz  rəqəmsal yüksəklik modelindən (DEM) istifadə etməklə səth (relyef)  analizlərinin aparılması göstərilmişdir. Nümunələrdə ArcMap proqram təminatından istifadə edilmişdir.

Qeyri-müntəzəm üçbucaq şəbəkəsi (TIN) və ya rəqəmsal hündürlük modeli (Digital Elevation Model (DEM)) səth məlumatları istifadə edərək müxtəlif məkan təhlilləri aparıla bilər. Bu təhlillərlə orijinal səthdə qabarıq olmayan qeyri-spesifik xüsusiyyətləri aşkar edə bilərik. Bundan əlavə əldə edilən yeni məlumatlardan birbaşa istifadə etməklə yanaşı digər analizlər və tədqiqatlar üçün giriş məlumatı kimi istifadə edə bilərik. Əsas səth analizlərinə meyillilik, baxarlılıq, kontur, qabarıqlıq (relyef), görünürlülük və həcm analizlərini misal göstərə bilərik.Şəkil 1

Şəkil 1

Meyillilik (Slope)

Meyillilik funksiyası hər xananın qonşu xanalar ilə olan nisbətinin ən yüksək dəyişiklik dərəcəsidir. Mövcud olan TIN və ya DEM  məlumatlarına görə meyillilik 2 fərqli şəkildə hesablana bilər. Bunlardan biri faiz (%), digəri isə dərəcə kimi rastr formatında emal edilir. Şəkil 2-də  meyillilik hesablanması həm faiz, həm də dərəcə ilə göstərilmişdir.

Şəkil 2

Faiz ilə meyillilik şaquli məsafənin (a), üfüqi məsafəyə (b), nisbətinin faiz ilə ifadəsidir.Dərəcə ilə meyillilik isə şaquli məsafənin (a), üfüqi məsafəyə (b) nisbətinin tangens ilə ifadə edilməsidir. Meyillilik şəkil 3 – də göründüyü kimi, adətən hündürlük məlumatlarına əsasən istifadə olunur. Çox maili yerlər qırmızı, az maili yerlər isə yaşıl rənglə göstərilmişdir.

Şəkil 3

Arc Map proqram təminatından istifadə etməklə meyillilik (Slope) analizini aparmaq üçün proqramın alətlər qutusundan   toolboxes\system toolboxes\spatial analyst

tools.tbx\surface\slope ardıcıllığı ilə slope pəncərəsini açırıq.Açılan pəncərədə Imput raster-xanasına DEM  faylı daxil edirik. Output measurement (optional) bölməsindən meyilliliyin faiz və ya dərəcə iləgöstəricisini seçib  təsdiq edirik. Şəkil 4

Şəkil 4

Baxarlılıq (Aspect)

Baxarlılıq hər xananın qonşu xanalarla olan  ən yüksən əyim dəyərinin istiqamətidir. Baxarlılıq hesablamalarında dərəcəyə görə, şimal 00 və saat istiqamətində irəliləyərək şərq 900, cənub 1800, qərb 2700  olmaqla 3600 təkrar şimal olaraq təyin olunur. Hər xananın baxarlılıq dəyəri həmin xananın maililik səthinin istiqaməti olaraq təyin olunur. Maililik baxımından 0 dərəcə sayılan səthlər üçün aspect -1 ilə ifadə olunur.Şəkil 5

Şəkil 5

Arc Map proqram təminatından istifadə etməklə baxarlılıq (Aspect) analizi toolboxes\system toolboxes\spatial analyst tools.tbx\surface\aspect ardıcıllığı ilə aparılır. Imput raster-xanasına DEM  faylı daxil edildikdən sonra çıxış papkası seçilir və təsdiqetmə düyməsinə sıxılır. şəkil 6 

Şəkil 6

Kontur/Bərabər əyrilər (contour)

Konturlar eyni dəyərə sahib nöqtələri birləşdirən əyrilərdir. Mövcud TİN və ya DEM məlumatından, istənilən aralıqda və vektor formatında xətt şəklində konturlar (paralel əyrilər) çıxarmaq mümkündür. Ekvivalent hündürlük əyriləri, ekvivalent yağış əyriləri, ekvivalent istilik əyriləri, ekvivalent dərinlik əyriləri, kimi bir çox fərqli ekvivalent əyrilər yaradıla bilər. Ekvivalent əyrilərin məsafə aralığı səthdə hansı nisbətdə dəyişdiklərini göstərir. Yaxın məsafələrdə dəyişən ekvivalent əyrilər səthdə dəyişikliyin sürətli, uzaq məsafələrdə olanlar isə dəyişikliyin yavaş olduğunu göstərir. Şəkil 7– də ilkin verilən olaraq hündürlük məlumatları istifadə edilərək əldə edilən ekvivalent hündürlük əyriləri göstərilmişdir.

Şəkil7

Ekvivalent hündürlük məlumatlarının sıx olduğu yerlər meylliliyin sürətli dəyişildiyini, seyrək olduğu yerlər isə daha yavaş meyllilik dəyişikliklərini əks etdirir. Əldə edilən hər ekvivalent əyri üçün  atribut məlumatları yaradılır.

Arc Map proqram təminatından istifadə etməklə kontur (Contour) çıxarılması  toolboxes\system toolboxes\spatial analyst tools.tbx\surface\contour ardıcıllığı ilə aparılır. Açılan pəncərədə Imput rasterxanasına DEM faylı daxil edirik. Contour interval xanasına isə çıxarmaq istədiyimiz konturlar arasındakı intervalın qiymətini daxil edirik. şəkil 8

Şəkil 8

Kölgəli Qabartma (Hillshade)

Kölgəli qabartma hipotetik işıq mənbəyinin mövqeyini təyin edərək səthdəki hər xananın həmin işığa olan orientasiyasına əsasən aydınlanma dəyərini hesablayır. İşıq xananın meyllilik və baxarlılığına əsaslanır. Şəffaflığı nizamlanaraq üzərinə başqa laylar yerləşdirildikdə 2 ölçülü bir xəritədə qabarıqlılıq təmin olunaraq 3 ölçülü görüntüsü verilir və daha real səth görünüşü yaradılır. Kölgəli qabartma ümumiyyətlə vizuallığa əsaslanan xəritələr yaratmaq üçün istifadə olunur.Şəkil 9

Şəkil 9

Arc Map proqram təminatından istifadə etməklə qabartma (Hillshade) analizi  toolboxes\system toolboxes\spatial analyst tools.tbx\surface\hillshade ardıcıllığı ilə aparılır. şəkil 10

Şəkil 10

Görünürlük (Viewshed)

TIN və ya DEM məlumatlarında qeyd olunan bir və ya daha çox nöqtədən/ xəttdən görünən sahələr bu analizdə çıxartıla bilər.Şəkil 11-dən göründüyü kimi müşahidə nöqtəsindən görünən sahələr qırmızı rənglə,görünməyən sahələr isə yaşıl rənglə göstərilmişdir. Meşə yanğınlarını daha tez təsbit etmək üçün qurulacaq qüllələrin və ya telefon baza stansiyası çəkiliş sahəsi üçün qurulacaq antenaların ən uyğun yer seçimi hesabları bu analizə bir misal olaraq verilə bilər.

Şəkil 11

Arc Map proqram təminatından istifadə etməklə görünürlülük (Viewshed) analizi toolboxes\system toolboxes\spatial analyst tools.tbx\surface\viewshed ardıcıllığı ilə aparılır. Imput raster xanasına DEM fayl daxil edildikdən sonra Imput point or polyline observer features bölməsindən görünürlülük analizini nəyə nəzərən aparmaq istəyiriksə vektor məlumatı daxil edirik. (məntəqəni göstərən məlumat nöqtə (Point ) şəklində və ya xətt (Polyline ) şəklində vektor formatlı lay ola bilər) Şəkil 12

Şəkil 12

Paylaş