Qısa zamanda məkan məlumatlarını yaratmaq, məlumat bazalarını idarə etmək, qabaqcıl analitik alətləri öyrənməklə analizlər aparmaq, nəticələri təhlil edərək 2D, 3D xəritələr, cədvəllər və qrafiklər şəklində vizuallaşdırmaq, modellərdən istifadə etməklə CİS iş axınınızı avtomatlaşdırmaq, praktiki məşğələlər həyata keçirərək bilik və bacarıqlarınızı təkmilləşdirmək istəyirsinizə bizə müraciət edin.

Üstünlük və faydaları

  • Məkansal təsəvvürün formalaşması, daha yaxşı və düzgün qərar vermə qabiliyyəti.
  • Məkan məlumatlarının toplanılması, saxlanılması , təhlili, geo-emal və xəritələrin hazırlanması
  • Real layihə modelləri üzərində iş və tanışlıq
  • Zamana və büdcəyə qənaət
  • Qısa zamanda iş mühitində tələb olunan praktiki bacarığlara yiyələnmək

Təlimlər zamanı nələri öyrənəcəksiniz? 

  • Coğrafi informasiya sistemlərinə giriş. Komponentləri, növləri, proqram və aparat təminatı, tətbiq sahələri.
  • Koordinat sistemləri, kartoqrafik proyeksiyalar, datum. Coğrafi verilənlərin kateqoriyaları və tipləri.
  • Geoməkan məlumat bazaları, məlumat bazalarının layihələndirilməsi, qrafik obyektlərin yaradılması, redaktə edilməsi və idarə edilməsi.
  • Məkansal məlumatların səmərəli və təhlükəsiz şəkildə asanlıqla toplanılması, saxlanılması, keyfiyyətinə nəzarət  və xətaların aradan qaldırılması.
  • SQL sorğu dilindən istifadə etməklə məkansal və cədvəl sorğularının hazırlanması, müxtəlif hesabatların tərtib edilməsi.  
  • Məlumatların analizi, emal edilməsi və xəritələr, qrafiklər və müxtəlif formatlarda təqdim etmə.
  • Məkansal analizlər. Məkan təhlili ilə mürəkkəb məkan yönümlü problemləri həll etmək, nümunələr tapmaq, tendensiyaları qiymətləndirmək, yerlərin xüsusiyyətlərini və onlar arasındakı əlaqələri öyrənərək qərarlar qəbul etmək.

Təlimçilər: Elvin Əmrahov, Minayə Ələkbərli

CİS haqqında məlumat almaq üçün:
https://gisacademy.az/cis/

Son qeydiyyat tarixi: 8 dekabr

Tələbələrə 20% endirim

Təlim üçün qeydiyyat linki:
https://gisacademy.az/cis-təliminə-qeydiyyat

Paylaş