Qısa zamanda məkan məlumatlarını yaratmaq, məlumat bazalarını idarə etmək, qabaqcıl analitik alətləri öyrənməklə analizlər aparmaq, nəticələri təhlil edərək 2D, 3D xəritələr, cədvəllər və qrafiklər şəklində vizuallaşdırmaq, modellərdən istifadə etməklə CİS iş axınınızı avtomatlaşdırmaq, praktiki məşğələlər həyata keçirərək bilik və bacarıqlarınızı təkmilləşdirmək istəyirsinizə bizə müraciət edin.
Təlimlər zamanı nələri öyrənəcəksiniz?
Coğrafi informasiya sistemlərinə giriş. Komponentləri, növləri, proqram və aparat təminatı, tətbiq sahələri.- Koordinat sistemləri, kartoqrafik proyeksiyalar, datum. Coğrafi verilənlərin kateqoriyaları və tipləri.
- Geoməkan məlumat bazaları, məlumat bazalarının layihələndirilməsi, qrafik obyektlərin yaradılması, redaktə edilməsi və idarə edilməsi.
- Məkansal məlumatların səmərəli və təhlükəsiz şəkildə asanlıqla toplanılması, saxlanılması, keyfiyyətinə nəzarət və xətaların aradan qaldırılması.
- SQL sorğu dilindən istifadə etməklə məkansal və cədvəl sorğularının hazırlanması, müxtəlif hesabatların tərtib edilməsi.
- Məlumatların analizi, emal edilməsi və xəritələr, qrafiklər və müxtəlif formatlarda təqdim etmə.
- Məkansal analizlər. Məkan təhlili ilə mürəkkəb məkan yönümlü problemləri həll etmək, nümunələr tapmaq, tendensiyaları qiymətləndirmək, yerlərin xüsusiyyətlərini və onlar arasındakı əlaqələri öyrənərək qərarlar qəbul etmək.
- Modellərin qurulması. Geoprosesslərin iş axınlarının qurulması, məkan təhlili və məlumatların idarə edilməsi prosesslərini avtomatlaşdırmaq və sənədləşdirmək üçün vizual proqramlaşdırma.
- 3D modellərin hazırlanması. 3D GIS xəritələrini və məlumatları real dünya kontekstinə gətirmək. Problemləri təhlil edib həll etməyə, komandanız və müştərinizlə ideya və konsepsiyaları paylaşmağa kömək edən ağıllı 3D modellər və vizualizasiyalar yaratmaq.
- Məsafədən zondlama. Təsvir və rastr məlumatlarını idarə etmək, xəritələşdirmək, çevik yerləşdirmə seçimləri ilə təhlil etmək, vizuallaşdırmaq və paylaşmaq.
ƏTRAFLI MƏLUMAT VƏ QEYDİYYAT ÜÇÜN LİNKƏ DAXİL OLUN
