GIS Academy- Dünyanı bizimlə yenidən kəş et
GIS Academy – Peşəsini sevən, CİS sahəsində geniş təcrübəyə sahib, yerli və xarici layihələrin iştirkaçısı olmuş, CİS istiqamətində təlim və kurslarda iştirak etmiş, beynəlxalq sertifikatlara sahib peşəkar komanda heyətindən ibarət bir ailədir. GIS Academy ailəsi olaraq bu sahə ilə maraqlanan hər kəsə dəstək olmaq, bilik və bacarıqlarının artırılmasına kömək etmək, layihələrin icrasına və tədqiqatların aparılmasına dəstək olmaq, bu sahədə öz bilik və bacarıqlarımızı auditoriya ilə paylaşmaq, geoinformasiya biliklərinin artırılması və müasir texnoloqiyalara yiyələnmək istiqamətində maarifləndirmə aparmaq əsas məramımızdır.
Fəaliyyətimiz
GIS Academy olaraq əsas fəaliyyət istiqamətimiz elmi araşdırma aparan mütəxəssislərə və tələbələrə CİS-əsaslı dəstək olmaq, ixtisaslı CİS biliklərinə sahib kadrların hazırlanması, yüksək təcrübəli və ixtisaslı işçi heyəti tərəfindən müxtəlif sahələr üzrə CİS həllərinin, təklif və məsləhətlərin verilməsi, layihələrin həyata keçirilməsi və layihələrə dəstək olmaqdır. Biz coğrafi informasiya sistemləri üzrə bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirmə, təlim, seminar və kurslar həyata keçirir, tədris-metodik maarifləndirici vəsaitləri hazırlayaraq CİS texnologiyaları biliklərinə yiyələnməyi hər kəs üçün əlçatan edirik.
Məqsədimiz
Geniş kütləni, coğrafi informasiya sistemləri haqqında, xüsusi olaraq açıq mənbəli proqram qaynaqları haqqında marifləndirməyi əsas məqsədi seçən GIS Academy bu sahəyə marağı olan, bu sahədə çalışan şəxsləri, o cümlədən tələbə və elmi tədqiqatçıların istifadə bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaqdadır. Maraqlı tərəfləri texnologiyanın həyatımıza qatdığı üstünlüklər, yenilənən və inkişaf edən CİS mənbəli məlumatlar, yeniliklər, təqaüd proqramları, tədqiqat proqramları, xəbərlər, iş elanları və s. haqqında məlumatlı olmasını təmin etməkdir. CİS haqqında ana dillərində dolğun məlumat tapa biləcəkləri ortaq bir platformada onları görüşdürmək, eyni zamanda açıq mənbəli proqram təminatlarından istifadə miqyasını ölkəmizdə genişləndirməkdir.
